...

Bərdədə məcburi köçkünlər etiraz aksiyası keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdənin Natəvan küçəsində məskunlaşan 80 ailə və həmin ərazidə yerləşən 2 saylı orta məktəbdə məskunlaşan 60 məcburi köçkün ailəsi içməli su problemi ilə bağlı bir saat a yaxın etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, 3 aydan çoxdur ki, içməli suları gəlmir. Problemlə bağlı Bərdə rayon Su-Kanal İdarəsinə bir neçə dəfə müraciət etsələr də, heç bir cavab və nəticə yoxdur. Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri İsa Hacıyev bildirib ki, sakinlərin problemi yaxın 3 gün ərzində aradan qaldırılacaq.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti