Azərbaycan, Bakı / Trend / Azərbaycanın sığorta sektoru "Sığorta fəaliyyəti haqqında" və "Sığortanın icbari növləri haqqında" qanunlarının qəbul edilməsi ilə əlaqədar olaraq ciddi dəyişikliklər astanasındadır. Əgər vəziyyət imkan versə bu qanunlar ilin sonuna qədər qəbul olunacaq.
"Sığorta haqqında" qanunun qəbul edilməsi qeyri-peşəkar sığorta şirkətlərinin bağlanmasına təsir göstərəcək. Bütün sığorta şirkətləri mülkiyyət formasını QSC-dən ASC-yə dəyişməyə, investorlar üçün məhdudiyyətləri ləğv etməyə məcbur olacaqlar, xidmətin səviyyəsi artacaq, daha konkret tarif planları tətbiq olunacaq.
Bundan əlavə bazar daha da peşəkar səviyyədə olacaq və peşəkarcasına idarə olunacaq, yəni, bazarda mövcud olan şərait beynəlxalq standartlara cavab verən peşəkar şirkətlərin inkişafına təkan verəcək. Yeni qanun sığorta şirkətlərinin fəaliyyətinə xeyli dərəcədə təsir göstərəcək. Sığorta bazarında peşəkar şirkətlərin mövcud olması sağlam rəqabətə təsir göstərəcək. Yeni qanunda sığorta nəzarətçisinin sığorta şirktlərinə və aparıcı işçilərə tətbiq edə biləcəyi sanksiyalar və onun hüquq və öhdəlikləri aydın göstərilib.
Bundan əlavə nizamnamə kapitalının və fəaliyyət göstərən sığorta şirktlərinin şəxsi vəsaitlərinə minimal tələblərin qoyulmasının nəzərdən keçirilməsi planlaşdırılır. 2010-cu il yanvarın 1-nə bu göstəricini tədricən 3 mln. manata çatdırmaq planlaşdırılır. Müştərilərini itirməməyə çalışan şirkətlər böyük kapitalizasiyaya və daha maraqlı sığorta məhsullarına malik şirkətlərə müraciət edəcək və daha yaxşı işləyəcəklər.
Şirkət nə qədər çox kapitallaşdırılıbsa əlverişsiz şəraitdə daha davamlı olacaq, daha etibarlı olacaq, müfis olmaq imakanları aşağı olacaq.
Təbiidir ki, yüksək kapitallaşma səviyyəsinə malik şirkətlərə potensial müştərilər tərəfindən daha çox etimad göstəriləcək.
Qanunun qəbul edilməsində başlıca məqsəd elə bir şərait yaratmaqdır ki, bütün faktorlar əhalinin sığortaya etimadının və marağının formalaşmasına müsbət təsir göstərsin.
(Leyla Abdullayeva - Trend ın analitik mərkəzinin eksperti)