...

Son ildə Azərbaycan manatının birja məzənnəsi 4,16 faiz möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan milli valyutasının birja məzənnəsi iyul ayında 0,15 faiz - bir dollar üçün 0,8536 manatdan 0,8523 manata qədər möhkəmlənib. Bu barədə çərşənbə günü Bakı Banklararası Valyuta Birjasının yaydığı məlumatda deyilir.

Nəticədə manatın dollara nisbətdə ortaölçülü məzənnəsi iyul ayında bir dollar üçün 0,8538 manat olub. İyun ayında isə bu göstərici 0,8548 manat olub.

Ümumilikdə son ildə Azərbaycan manatının birja məzənnəsi dollara nisbətdə 4,16 faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti