...

Böyük Britaniyada dabaq xəstəliyinin yayılması Azərbaycana ət gətirilməsinə təsir göstərməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2007 12:24 (UTC +04:00)
Böyük Britaniyada dabaq xəstəliyinin yayılması Azərbaycana ət gətirilməsinə təsir göstərməyəcək

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Böyük Britaniyada dabaq xəstəliyinin yayılması Azərbaycan üçün təhlükə törətmir. Bunu çərşənbə axşamı Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniyadan ət və ət məhsulları almır.

"Biz əvvəllər də Böyük Britaniyadan ət almamışıq. Bu səbəbdən də dabaq xəstəliyinin Azərbaycan ərazisində yayılmasının heç bir təhlükəsi yoxdur" - deyə Xanvəli qeyd edib.

Azərbaycan bu gün yalnız Gürcüstandan donuz ətinin idxalına qadağa qoyub. Çünki bu ölkədə Afrika taunu xəstəliyi aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti