Bakı, Azərbaycan /müx. " A. Bədəlova/ Cari ilin yeddi ayı ərzində fiziki şəxslər tərəfindən "Azərdəmiryolbank" vasitəsilə 22,55 mln. dollar köçürülüb. Bankın məlumatında bildirilir ki, bu, 2006-cı ilin yanvar-iyul aylarının müvafiq göstəricisindən demək olar ki, iki dəfə çoxdur. 2007-ci ilin iyul ayı ərzində "Azərdəmiryolbank"ın filialları və şöbələri vasitəsilə reallaşdırılan təcili pul höçürmələrinin həcmi 4,32 mln. dollar təşkil edib. Bu, ötən ilin iyul göstəricisindən 33,7% çoxdur. Hesabat dövrü ərzində bütün köçürmələrin 9, 49 mln. dolları və ya 42%-i "Sürətli poçt" pul köçürmələri sisteminin payına düşüb. Köçürmələr həmçinin "Contact", "Migom", "Travelex", "Moneygram" beynəlxalq sistemləri və respublikadaxili "Şimşək" şirkəti vasitəsilə həyata keçirilib.