...

Azərbaycan Memarlar İttifaqı: "Bakıda binanın uçmasına səbəb konstruksiyanın düzgün çəkilməməsi ola bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 12:47 (UTC +04:00)
Azərbaycan Memarlar İttifaqı: "Bakıda binanın uçmasına səbəb konstruksiyanın düzgün çəkilməməsi ola bilər"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/Azərbaycan Memarlar İttifaqı avqustun 28-də Bakıda tikilən binanın uçmasının iki mümkün səbəbini göstərib.

"Uçmanın səbəbi konstruksiyanın düzgün çəkilməməsi, yaxud tikinti işlərinin düzgün icra edilməməsi ola bilər" - deyə çərşənbə günü Azərbyacan Memarlar İttifaqının vitse-prezidenti Hafiz Əmirxanov bildirib.

Çərşənbə axşamı saat 17:00 radələrində "Mütəfəkkir" şirkəti tərfindən tikilən bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Əmirxanovun sözlərinə görə, tikinti işlərinin düzgün icra edilməməsi binanın uçmasının daha real səbəbidir, belə ki, araşdırma zamanı məlum olduğu kimi, tikilidə əsasən ölkənin rayonlarının müvafiq təhsili olmayan sakinləri işləyib.

Hadisə yerindən əldə olunan son məlumatlara görə, binanın uçması nəticəsində yeddi nəfər ölüb.

"Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyi tərəfindən aparılan monitorinqə əsasən, iyul ayında Bakıda 583 bina inşa edilib və istismara verilib. Bina inşa edən şirkətlərin sayı 223, yeni tikililərin mərtəbələrinin orta sayı 15,4 təşkil edib.

Xəbər lenti

Xəbər lenti