...

Koreya şirkəti Bakıda elektrik avadanlığı istehsal edən zavod inşa etməyi planlaşdırır

Energetika Materials 24 Sentyabr 2007 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , / müxbir A.Bədəlova/ Koreyanın "KEPCO@ şirkəti gücü 700 Mvt olan istilik- elektrik stansiyası ilə yanaşı, Bakıda elektrik avadanlığı istehsal edən zavod inşa etməyi planlaşdırır.

Azərbaycanın Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, sentyabrın 24-də Natiq Əliyev Koreya Respublikasının "KEPCO" şirkətinin prezidenti cənab Von-Qul Lee ilə görüşüb.

Görüşdə Əliyev ölkəmizin "KEPCO" şirkəti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə enerji sektorunda islahatların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsi, itkilərin azaldılması, Azərbaycanın enerji infrastrukturunun dünya standartlarına yaxınlaşdırılması, həmçinin? "KEPCO" şirkəti tərəfindən Bakıda elektrik avadanlıqları istehsal edən zavodun tikintisi və s. məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

"KEPCO" şirkəti elektrik enerjisi istehsalına görə dünyada 5-ci yeri tutur. Şirkət Çin, Filippin, İndoneziya, ABŞ və digər ölkələrdə elektrik stansiyalarının inşası ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti