...

PFMC-in rəhbəri: " Norveç hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmasını rəsmi şəkildə bəyan edib"

Energetika Materials 29 Sentyabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ EİTİ-nin Avrasiya regionu üzrə nümayəndəsi, İctimai Maliyyələrin Monitorinqi mərkəzinin rəhbəri İnqilab Əhmədovun verdiyi məlumata görə, hasilat sənayesində şəffaflıq təşəbbüsünün yaxın illərdə inkişaf strategiyası , Osloda ötən həftə "Publish What You Pay" şirkətinin himayəsi ilə keçirilən və "Transparency International" tərəfindən təşkil olunan görüşdə müzakirə olunub.

Əhmədovun sözlərinə görə, görüş zamanı şəffaflıq təşəbbüsünün inkişafı, ona yeni ölkələrin qoşulması, şirkətlərin dolğun və dəqiq hesabatlar təqdim etməsi müzakirə olunub.

"Analoji məsələ Azərbaycanda da nəzərdən keçirilir. EİTİ-nin ölkədə çalışan iştirakçı dövlətlərindən hər birinin hesabat təqdim etməsi məsələsi müzakirə olunur. Hazırda bu kimi detallar yekunlaşdırılır və vahid formada təqdim olunur" - deyə Əhmədov bildirib.

Bir çox hasilat şirkətləri ayrı-ayrılıqda hesabat təqdim etməyə hazırdırlar. Bu şirkətlərin sırasına BP, "Statoil" "Exxon Mobil" və "Shell" şirkətləri də daxildir. Azərbaycanda konsorsiuma daxil olan və mineral ehtiyatlardan istifadə edən digər şirkətlərlə də bu məsələni razılaşdırmaq lazımdır .

Azərbaycanda 25 şirkət EİTİ-nin üzvüdür.

Osloda dövlət şirkətlərinin EİTİ-yə qoşulması perspektivləri və problemləri müzakirə olunub. Mərkəzin rəhbərinin fikrincə, dövlət şirkətləri, həmçinin , EİTİ-nin üzvü olan ARDNŞ maliyyə hesabatının beynəlxalq sisteminə keçidi sürətləndirməlidir, bu şirkətlərə EİTİ üzrə, həmçinin, digər hesabatlarda şəffaflığı artırmağa imkan verəcək.

İclasın iştirakçıları EİTİ-nin Osloda keçirilən katibliyinin iclasında iştirak edə biliblər. Görüş zamanı Norveç rəsmən EİTİ-nin standartlarını qəbul etməyə hazır olduğunu və şirkət tərəfindən ayrılan vəsaitlər barədə hesabatlar dərc etməyə hazır olduğunu bəyan edib.

Hasilat sənayesində şəffaflığın artırılması təşəbbüsü hasilat sənayesində çalışan təşkilat və şirkətlər arasında aparılan əməliyyatların şəffaflığının artırılmasına yönəlib. Bu təşəbbüs Böyük Britaniyanın baş naziri Toni Bleer tərəfindən, 2002-ci ilin sentyabrında Yohannesburqda keçirilən davamlı inkişaf üzrə beynəlxalq sammitdə irəli sürülüb. Azərbaycan EİTİ-yə qoşulmaq niyyətini 2003-cü ildə bəyan edib. Respublika şirkətlərin vəsait ayırmaları barədə hesabatları ilk dəfə olaraq dərc edən pilot ölkədir. Bu vaxta qədər beş belə hesabat dərc olunub. Hazırda yeddinci hesabatın hazırlanma prosesi gedir.

Xəbər lenti

Xəbər lenti