...

"Azərenerji"şəbəkələrində elektrik enerjisi haqqının yığımı təqribən 100 faiz təşkil edib

Energetika Materials 25 Oktyabr 2007 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərenerji" SC-nin idarə etdiyi 46 rayonun elektrik paylayıcı şəbəkələri üzrə həyata keçirilmiş tədbirlər nəticəsində, istifadə olunmuş elektrik enerjisinin haqlarının yığımı artaraq, təqribən 100 faiz təşkil edib. Bu barədə məlumatı "Azərenerji-nin" mətbuat xidməti yayıb.

16 REŞ üzrə ümumi yığım təqribən 100 faiz təşkil edib. Doqquz REŞ üzrə məişət abunəçilərindən yığım 100 faiz olub. Digər REŞ-lərdə bu istiqamətdə işlər aparılır. 2007-ci ilin sentyabr ayında 363 mln. kVt/saat elektrik enerjisi tələb olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 157 mln. kVt/saat azdır. Buna abunəçilərin sayğaclaşdırılması nəticəsində nail olmaq mümkün olub.Ötən ay REŞ-lər üzrə ümumilikdə 94 faiz ödəniş yığmaq mümkün olub. Məişət abunəçiləri üzrə yığım 91,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti