...

Neftin qiyməti tarixi rekord həddə çatıb

Energetika Materials 27 Oktyabr 2007 13:48 (UTC +04:00)
Neftin qiyməti tarixi rekord həddə çatıb

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ Azərbaycanın CİF Augusta neftinin qiyməti oktyabrın 26-da, dünyada enerji daşıyıcılarının qiymətinin artımı fonunda tarixi rekord həddə çataraq, bir barel üçün 89,21 dollar təşkil edib. Enerji daşyıcılarının qiymət artımı, əsasən, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar, Amerikanın neft ehtiyatları ətrafında yaranan qorxu və Türkiyə və İraq arasında gərgin münasibətlərlə izah olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən şənbə günü verilən məlumata görə, cümə günü neftin qiyməti, cümə axşamına nisbətən, bir barel üçün 2,66 dollar artıb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARDNŞ-dən verilən məlumatda o da bildirilir ki, Azərbaycanın FOB Ceyhan markalı neftin qiyməti də, rekord həddə çataraq, oktyabrın 26-da bir barel üçün 87,86 dollar təşkil edib ki, bu, ötən qiymətdən 2,66 dollar çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan neftindən geri qalır.

URAL (EX-NOVO) neftinin qiyməti də oktyabrın 26-da rekord həddə çataraq, $83,64/barr təşkil edib, bu isə, ötən qiymətdən $2,49/barr çoxdur.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti rekord səviyyəyə çataraq, oktyabrın 26-də $87,84/barr təşkil edib, bu isə ötən qiymətdən $2,66/barr çoxdur.

Analitiklər arasında neftin qiymətinin bir barel üçün 100 dollara çatacağına dair fikir ayrılıqları mövcuddur.

"Neftin bir barelinin qiyməti gec-tez 100, hətta 200 dollara çatacaq. Əsas məsələ neftin qiymətində bu kəskin artımın nə zaman baş verməsidir" - deyə Batunin bildirib. Analitikin fikrincə, ilin sonuna qədər neftin qiymətinin qeyd olunan həddə qədər artacağı gözlənilmir. Eyni zamanda , analitik qiymətlərin müvəqqəti olaraq kəskin şəkildə artmasını da istisna etmir.

"ATON Broker"in analitiki Artyom Konçinin sözlərinə görə, əlverişli şəraitin olmadığı təqdirdə, neftin qiyməti enəcək. "Neftin qiyməti yüksək olaraq qalacaq. Lakin neftin bir barellin 100 dollara çatması heç vaxt baş verməyəcək" - deyə analitik hesab edir.

Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev hesab edir ki, hazırki vəziyyətdə neftin qiymətinin 100 dollara qədər artması tamamilə real görünür.

Batunin hesab edir ki, elə bir hədd mövcuddur ki, bu həddən yuxarı dünya iqtisadiyyatına təhlükə yaranır, lakin ABŞ-ın və digər ölkələrin makroiqtisadi göstəriciləri göstərir ki, dünya iqtisadiyyatı neftin qiymətinin qaxlmasının qarşısını almağa qadirdir.

Xəbər lenti

Xəbər lenti