...

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Energetika Materials 31 Oktyabr 2007 16:11 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir V.Şərifov/ AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 30-da $89,53/barr olub. ARDNŞ-dən çərşənbə günü verilən məlumata görə, neftin qiyməti çərşənbə axşamı, bazar ertəsinə nisbətən, $1,06/barr artıb.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 30-da $88,23/barr təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,06/barr. ucuzdur.Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 30-da $84,18/barr təşkil edib, bu da əvvəlki qiymətdən $0,92/barr aşağıdır.

Oktyabrın 30-da Şimal dənizindən hasil olunan Brent Dated neftinin qiyməti $88,52/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,48/barr aşağıdır.

Xəbər lenti

Xəbər lenti