...

Azərbaycanda koks istehsalı artıb

Energetika Materials 8 Noyabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-oktyabr ayları ərzində Heydər Əliyev adına neftemalı zavodu (keçmiş "Azneftyanacaq") 61,75 min. ton neft koksu istehsal edib. Bu il neft koksunun istehsalı proqnozlaşdırılmayıb. Lakin yanvar və fevralda az miqdarda istehsal olunub. Bu barədə ARDNŞ-dan məlumat verilib. Martda koks istehsalı dayandırılıb və aprel ayında yenidən bərpa olunub.

Yanvar-oktyabr ayları ərzində respublikada neft koksunun istehsalı ötən ilin analoji dövr göstəricisindən 12,31 min. ton (24,9 faiz) çoxdur.

Ümumilikdə 2006-cı ildə 67,24 min.ton koks istehsal olunub. 2005-ci ildə isə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti