...

Türkmənistan Avropanın qaz bazarında yeni oyunçuya çevrilə bilər- ekspert

Energetika Materials 20 Noyabr 2007 15:18 (UTC +04:00)
Türkmənistan Avropanın qaz bazarında yeni oyunçuya çevrilə bilər- ekspert

Azərbaycan, Bakı / Trend , müxbir A. Bədəlova/ Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev hesab edir ki, Türkmənistan qazının? Rusiyadan yan keçməklə, Avropaya nəqli Avropa bazarında vəziyyəti tamamilə dəyişə bilməz.

Avropa İttifaqının komissarı Andris Piebalqsla danışıqlar zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəsində hasil olunan qazı, Rusiya ərazisindən yan keçməklə, Avropaya satmaq barədə razılığa gəlib. Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa İttifaqı Türkmənistana Xəzər dənizində qaz kəməri tikməyi təklif edib. Belə bir kəmərin tikintisi ilə bağlı sənəd imzalanmasa da, bir sıra variantlar nəzərdən keçirilir.

"Yeni həcmdə qaz nəqlinin Avropa bazarında vəziyyəti əhəmiyyətli şəkildə dəyişməsi ehtimalı azdır" - deyə Mürsəliyev bildirib.

Mürsəliyev bunu belə bir faktla izah edib ki, Türkmənistanın qaz kəmərini tikməsi və Avropaya birbaşa olaraq qaz ixrac etməsi 2010-cu ildən tez baş verməyəcək, bəlkə də gec baş verəcək, lakin mövcud tendensiyalar deməyə imkan verir ki, enerji bazarında tələbat hər il artır.

Mürsəliyevin sözlərinə görə, nəql olunacaq həcm dəyişməyəcək, lakin yeni oyunçu meydana gələcək. "Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya nəqli Şərqdə "Qazprom"la yanaşı, daha bir qaz satıcısının meydana gəlməsi deməkdir" - deyə Mürsəliyev bildirib.

Hazırda "Qazprom" Türkmənistan qazının min kubmetrini 100 dollara alaraq, Avropaya, eləcə də, Ukraynaya satır.

Müxtəlif hesablamalara görə, türkmən qazının ehtiyatları 2-7 trln. kubmetrdir.

Mürsəliyevin fikrincə, hazırda Rusiyadan yan keçməklə Avropaya qaz nəql etmək texniki cəhətdən mümkün deyil.

"Rusiya Türkmənistanın belə bir bəyanatını siyasi xarakterli bəyanat hesab edir" - deyə ekspert qeyd edir.

Xəbər lenti

Xəbər lenti