...

ABŞ və İran arasında münaqişənin kəskinləşməsi neft bazarı üçün təhlükə yarada bilər

Energetika Materials 21 Dekabr 2007 14:24 (UTC +04:00)
ABŞ və İran arasında münaqişənin kəskinləşməsi neft bazarı üçün təhlükə yarada bilər

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Antanta Kapital investisiya şirkətinin neft-qaz üzrə analitiki Teymur Xayrullin Tehranın nüvə proqramı zəminində ABŞ və İran arasında olan siyasi münaqişənin qara qızıl bazarı üçün təhlükə ola biləcəyini hesab edir.

"İranın neft bazarında çəkisi böyükdür. Belə ki, dünya ehtiyyatlarının təxminən 11 faizi bu ölkənin payına düşür. Bununla yanaşı İranın neft hasilatı sutkada 4 mln. barreldən çox təşkil edir. ABŞ və İran münaqişəsinin kəskinləşəcəyi halda dünya bazarı bu neftdən məhrum ola bilər" - deyə analitik Trend a bildirib.

ABŞ prezidenti Corc Buş əvvəlki kimi hesab edir ki, Tehranın nüvə proqramı dünya üçün potensial təhlükədir. İran, öz növbəsində silahlı münaqişənin başlayacağı təqdirdə Ormuz boğazından neft tədarükünü kəsəcəyini bildirir.

Analitikin bildirdiyinə görə, hərbi fəaliyyət neft bazarında pis əks olunacaq. İranın Hind okeanı ilə Fars körfəzini birləşdirən boğazdan neft tədarükünü dayandırması ehtimalı mövcuddur.

"İran iri neft ixracatçıları tərəfindən neftin tədarük olunduğu Ormuz boğazından neft ixracını blokada edə bilər. Bazar, neft qiymətinin sıçrayışlı artımına səbəb ola biləcək hadisələrin belə inkişafından xətərsiz ötüşməyə bilməz" - deyə analitik əlavə edib.

Ormuz boğazı strateji cəhətdən mühüm regiondur. Boğaz bütünlükdə dəniz üzrə daşınan qara qızılın təxminən 33 faizi üçün əsas nəqliyyat magistralı hesab olunur. "Reuters"in verdiyi məlumata görə, əgər Ormuz boğazından nəql olunan bütün neft məhsullarını nəzərə alsaq bu rəqəm 40 faizə yaxınlaşır.

Xəbər lenti

Xəbər lenti