...

BP Azərbaycanda böyük qaz yatağında yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 27 Dekabr 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyeva/ Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə layihənin operatoru BP Azerbaijan şirkəti yataqda qurulan TPG-500 stasionar platformasından yeni istismar quyusunun qazılmasına başlayıb. Bu barədə cümə axşamı şirkətdən məlumat veriblər. Quyunun layihə dərinliyi 7180 metrdir. Qazma müddəti 220-230 gündür. Hasilatla məşğul olan platformadan ümumilikdə 3 istismar quyusu qazılıb. Yataqda hazırda 4 hasilat quyusu istismardadır. Bu quyular müxtəlif vaxtlarda İstiqlal qurğusundan qazılıb. Proqnozlara görə, bu yataqdan qaz hasilatı gündəlik 22 mln. kubmetr təşkil edəcək. Hazırda yataqdan hər gün 18 mln. kubmetr qaz hasil edilir. "Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir. Yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir. Növbəti ildə "Şahdəniz" yatağında daha iki quyunun istismara buraxılacağı güman edilir.

Xəbər lenti

Xəbər lenti