...

"Qazprom" yataqların səhmlərə dəyişdirilməsinə can atır – ekspert

Energetika Materials 28 Dekabr 2007 12:49 (UTC +04:00)
"Qazprom" yataqların səhmlərə dəyişdirilməsinə can atır – ekspert

Azərbaycan, Bakı / Trend A.Bədəlova/ Rusiyanın iri qaz inhisarı "Qazprom" Rusiyanın strateji yataqlarına xarici şirkətlərin buraxılmasına qarşı çıxış edib. İnhisarın bu cür mövqeyi idarə heyətinin sədr müavini Aleksandr Ananenkov tərəfindən ifadə edilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Ananenkov bildirib ki, hasilatın bölünməsinə dair müqavilə layihəsi üzrə ölkədə yaranan vəziyyət inhisarı razı salmır.

Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev hesab edr ki, "Qazprom"un bu cür narazılığı ticarət xarakteri daşıyır. Onun sözlərinə görə, "Qazprom" Avropa bazarlarına daxil olmanı əldə etmək üçün "Yataqların səhmlərə dəyişdirilməsi"nə can atır.

" "Qazprom" kifayət qədər mürəkkəb danışıqlar aparır. Bunda məqsəd "Qazprom"un Avropa bazarlarına daxil olma imkanlarının açılması üçün strateji yataqlara çıxış mübadiləsidir" - deyə Trend a Moskvadan telefonla Mürsəliyev bildirib.

Rusiyanın Təbii Sərvətlər Nazirliyi ölkənin strateji yataqlarına xarici şirkətlərin daxil olma mexanizmini sadələşdirib. Əvvəllər faydalı qazıntıların əsas təbəqələrinə çıxışı olmayan qeyri-rezidentlər, indi strateji yataqlar üzrə hərraclarda iştirak etmək imkanı əldə ediblər.

Analitikin sözlərinə görə, bu cür qərar yataqların daha çox keyfiyyətli işlənməsinə ehtiyacın olması ilə əlaqədardər.

"Xarici şirkətlərin Rusiyanın strateji yataqlarına daxil olma zərurəti onlardan əksəriyyətinin hazırkı vaxtda Rusiya şirkətlərində olmayan texnikalara malik olması ilə əlaqədardır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti