...

Qazaxıstan parlamenti Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə Azərbaycanla müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini təqdir edib

Energetika Materials 26 Mart 2008 14:22 (UTC +04:00)
Qazaxıstan parlamenti Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə Azərbaycanla müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini təqdir edib

Qazaxıstan, Astana, 26 mart/ Trend müxbir K.Konırova/ Qazaxıstan parlamenti çərşənbə günü qazax neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə dünya bazarlarına çıxarılması barədə Azərbaycanla müqavilənin təsdiqi haqqında qanun layihəsini təqdir edib. Bu barədə Trend -ın Astanadakı xüsusi müxbiri məlumat verib. Qanun layihəsi nəzərdən keçirilmək üçün Qazaxıstan parlamentinin senatına verilib.

Qazaxıstan Baş nazirinin müavini Ləzzət Kiinov iclasda bildirib ki, karbohidrogen xammalının nəqlinin çoxvektorluluğu yeni ixrac istiqamətlərinin yaradılmasını nəzərdə tutur.

"Qazaxıstanda karbohidrogenlərin mənimsənilməsi üzrə planlar respublikanın boru kəməri strategiyasının formalaşdırılmasına nəzərə çarpacaq dərəcədə təsir göstərir və qazax neftinin keyfiyyətinin saxlanılmasına imkan yaradan, Qazaxıstan və Azərbaycanın Xəzər sahilini birləşdiməyə imkan verən yeni nəqliyyat sisteminin yaradılmasının əsası qoyulub", - Kiinov bildirib.

Nəqliyyat sisteminin yaradılması Kaşağan neftinin keyfiyyətinin saxlanılması ilə dünya bazarlarına nəqlinin təmin edilməsinə imkan yaradacaq. Transxəzər nəqliyyat sistemi ilkin mərhələdə ildə 5 mln. ton neftin nəqlini təmin edəcək və gələcəkdə bu rəqəm ildə 38 mln. tona çatdırılacaq. Hazırda qazax neftinin artan həcminin nəqli üçün nəzərdə tutulmuş Qazaxıstan Xəzər Nəqliyyat Sisteminin (QXNS) yaradılmasının üzərində işlər aparılır. Neft birinci növbədə "Kaşağan" və "Tengiz" yataqlarından hasil ediləcək və Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Şərq-Qərb enerji dəhlizi vasitəsilə Xəzər dənizindən keçməklə dünya bazarlarına nəql ediləcək.

Planlaşdırılır ki, QXNS ilkin mərhələdə ildə 25 mln. ton neftin nəqlini təmin edəcək və sonralar bu rəqəm ildə 38-60 mln. tonadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti