...

"Granherne" şirkəti Transxəzər neft və qaz kəməri tikintisinin mümkünlüyünü öyrənəcək

Energetika Materials 17 Aprel 2008 14:02 (UTC +04:00)
"Granherne" şirkəti Transxəzər neft və qaz kəməri tikintisinin mümkünlüyünü öyrənəcək

Azərbaycan, Bakı, 17 aprel/ Trend / Amerikanın mühəndis-tikinti və servis şirkəti "Kellogg Brown & Root" (KBR) özünün törəmə şirkəti "Granherne"nin Transxəzər neft və qaz kəməri tikintisinin mümkünlüyünün öyrənilmsəi üçün seçildiyini elan edib. Bu barədə şirkətdən məlumat veriblər. İşlərə aprelin sonunda başlamaq planlaşdırılır.

Kəmərin tədqiqi mərhələsinə marşrutun çəkilməsi xəttinin öyrənilməsi üzrə xidmətlər və boru kəmərinin layihələndirilməsi, maliyyə analizi və iqtisadi modelləşdirilmə, kapital xərclərinin (CAPEX) və cari əməliyyat xərclərinin (OPEX) qiymətləndirilməsi, həmçinin nəql edilən məhsulun satışı üzrə xidmətlər daxil olacaq.

"Şirkət həmçinin regiondan neft və qazın dünya bazarlarına nəqli üçün yeni boru kəmərlərinin tikintisi mümkünlüyünü öyrənəcək", - məlumatda deyilir.

Əvvəllər KBR Transxəzər neft və qaz kəmərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) keçirdiyi tenderin qalibi olub.

Xəbər lenti

Xəbər lenti