Azərbaycan, Bakı, 2 iyun / Trend müxbir A.Bədəlova/ 26-30 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $131,81/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,65/barr çoxdur.
26-30 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $133,11/barr, minimal qiyməti isə $130,26/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
26-30 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti 121,68/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,12/barr çoxdur.
26-30 may həftəsində URALS neftinin maksimal qiyməti $122,91/barr, minimal qiymət isə $119,56/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
26-30 may həftəsində Brent Dated neftinin orta qiyməti $129/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,5/barr çoxdur.
Ötən həftə Brent neftinin maksimal qiyməti $129,88/barr, minimal qiymət isə $127,7/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]