...

Ay ərzində Azərbaycanda yeni elektrik stansyası istismara veriləcək

Energetika Materials 3 Sentyabr 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend / "Azərenerji" SC yeni Səngəçal elektrik staniyasını cari ilin sentyabrın sonu - oktyabrın əvvəlində istismara verməyi planlaşdırır", - səhmdar cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov bildirib. Stansiya 18 aqreqatdan ibarət olacaq.

Səngəçal rayonunda yeni enerji regenerasiya edən qurğuların tikintisi Abşeron yarımadasını keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün lazımdır.

"Azərenerji" və Wartsila gücü 300 MVt olan yeni modul elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıblar. Wartsila şirkəti Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə, keçirilməsi üçün yeni texnologiya təklif edib ki, bu da prosesi nəzərə çarpacaq dərəcədə sürətləndirəcək. Şirkət əvvəllər qoşulma üçün 24 saat təklif edib. Hazırda o, yarım saata qədər azaldılıb.

Xəbər lenti

Xəbər lenti