...

İrandan Ermənistana boru kəmərinin çəkilişi üzrə işlər başa çatıb

Energetika Materials 12 Sentyabr 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / İrandan Ermənistana qaz kəmərinin çəkilişi üzrə işlər başa çatıb. Hazırda erməni mütxəssislər bu qaz kəmərinin sərhəddə yerləşən Kaçaran bölgəsindən Yerevana çəkilməsi üçün texniki məsələləri araşdırırlar. Bu barədə cümə günü İranın "Iribnews" xəbər saytı informasiya yayıb.

Yaxın vaxtlarda İran qazının nəqli üzrə sınağa başlanılacaq.

"Yerevan bu qaz kəməri vasitəsilə Tehrandan ildə 2 mlrd. 300 mln. kubmetrdn 2 mlrd. 500 mln. kubmetrədək qaz alacaq", - deyə Ermənistanın sənaye və energetika naziri Armen Movsisyan bildirib.

O qeyd edib ki, İran-Ermənistan qaz kəmərinin istifadəyə verilməsi ilə Ermənistanın enerji təhlükəsizliyi təmin olunacaq. Movsisyanın sözlərinə görə, Qafqazda böhran yaranacağı təqdirdə qaz kəməri Ermənistanın enerji problemindən təhlükəsizliyini təmin edəcək.

Ermənistanın sənaye və energetika naziri Rusiya ilə yeni qaz müqaviləsinin imzalanması barədə də məlumat verib. Lakin Movsisyan RF ilə imzalanan müqavilədə göstərilən qazın qiymətini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti