...

Dünya maliyyə böhranının pisləşməsi neftin qiymətlərinin azalmasına zəmin yaradır - amerikalı ekspert

Energetika Materials 19 Sentyabr 2008 13:42 (UTC +04:00)
Dünya maliyyə böhranının pisləşməsi neftin qiymətlərinin azalmasına zəmin yaradır - amerikalı ekspert

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir A.Bədəlova/ Mərkəzi bankların maliyyə bazarlarında vəziyyətin normallaşdırılması üzrə birgə səyləri nəticəsində neftin dünya qiymətləri təxminən 0,1 faiz artıb. WTI Amerika neftinin oktyabr fyüçersinin Nyu-York birjasında aparılan sövdələşmələrin nəticələri üzrə bir bareli üzrə qiyməti $0,72-dan $97,88-dək artıb. Londonda Brent-in noyabr fyüçersi isə bir barel üzrə $0,35-dan $95,19-dək artıb.

Dünən inkişaf etmiş ölkələrin aparıcı mərkəzi bankları maliyyə böhranı ilə mübarizəyə qarşı birləşərək, kredit təşkilatlarının dəstəklənməsi üçün təxminən $300 milyard ayırıblar. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) Avropa Mərkəzi Bankının maliyyələşdirilməsini $55 milyarddan $110 milyardadək, İsveçrə Mərkəzi Bankının maliyyələşdirilməsini isə $15 milyarddan $27 milyardadək artırıb. Bundan başqa, valyuta əməliyyatları üzrə bağlanmış sazişlər çərçivəsində FES Yaponiya bankına $60  milyard, İngiltərə bankına $40 milyard və Kanada bankına $10 milyard ayıracaq. Lakin maliyyə böhranının aradan qaldırılması barədə danışmaq hələ ki, tezdir.

Energy Security Analysis (ESAI) Amerika analitik şirkətinin eksperti Endryu Rid  (Andrew Reed) hesab edir ki, maliyyə böhranının güclənməsi dünyanın neft bazarında qiymətlərin azalmasına gətirib çıxara bilər.

"Dünya neft qiymətlərinə fond bazarlarının təsirini müəyyənləşdirmək qeyri-mümkündür, lakin qiymətlərin azalması sözsüz ki, tələbatın azalmasına xidmət edəcək ki, bu da öz növbəsində qiymətlərin azalmasına səbəb olacaq", - cümə günü Trend -a elektron poçtla Rid bildirib.

Dünən ABŞ-dakı fond birjaları son üç ildə aparıcı indekslərin ən minimal səviyyəyədək azalması ilə işlərini bitiriblər. Lakin dünyanın aparıcı mərkəzi banklarının bazarlara yardım üzrə birgə səylərin göstərilməsi ilə bağlı qərarı sayəsində, ABŞ-ın səhm bazarı sövdələşmələrə artımla başlayıb. Dow Jones indeksi 1,43 faiz, NASDAQ 2,17 faiz artıb.  

Ridin sözlərinə görə, fondlar bir sıra qarşılıqlı əlaqəli səbəblərə görə bu bazara yönəldilən pul vəsaitlərini məhdudlaşdıra bilər.

"Bu, tacirlərin, o cümlədən alverçi adlandırılan şəxslərin təsirini azalda bilər", - Rid deyib.

Xəbər lenti

Xəbər lenti