Azərbaycan, Bakı, 02 oktyabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) oktyabrda Rusiyanın Novorossiysk limanından özünün REBCO markalı neftinin partiyasının satışına tender elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cümə axşamı yayılan məlumatında bildirilir ki, 600 min barel həcmində olan neft partiyası oktyabrın 29 - 30 - da yüklənəcək.
Tenderə oktyabrın 3 - də yekun vurulacaq, oktyabrın 4 - də nəticələr açıqlanacaq.