...

Bakı, Sumqayıt və digər regionlara su verilişi müvəqqəti dayandırıla bilər

Energetika Materials 11 Dekabr 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend / "Sumqayıtelektrikşəbəkə" paylayıcı şəbəkəyə olan borclar ödənməzsə, "Azərsu" (supaylayıcı şəbəkə) müəssisələrinə elektrik enerjisi verilişi cari ilin dekabr ayının 18-də saat 15:00-dan tamamilə dayandırılacaq. Bu barədə enerjipaylayıcı şəbəkənin məlumatında bildirilir.

"Sumqayıtelektrikşəbəkə"nin məlumatında bildirilir ki, Bakı, Sumqayıt və digər regionların içməli və texniki su ilə təminatı ilə bağlı yarana biləcək bütün problemlərə görə məsuliyyəti "Azərsu" daşıyır.

Dekabrın 1-nə olan məlumatlara əsasən, "Azərsu" SC-nin "Sumqayıtelektrikşəbəkə"yə sərf olunan elektrik enerjisinə görə 46,4 mln. manatdan artıq borcu var.

"Sumqayıtelektrikşəbəkə"nin məlumatında bildirilir ki, 11 ay ərzində müəssisənin debitor borcu 8,5 mln. manatdan artıq təşkil edib.

İdarənin məlumatında bildirilir ki, borcun ödənməsinə dair bir çox xəbərdarlıqlara baxmayaraq, "Azərsu" tərəfindən heç bir iş görülməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti