Azərbaycan, Bakı, 15 dekabr/ Trend / Yanvar - noyabr ərzində Bakı modul elektrik stansiyasında 560 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da planlaşdırılandan 45 mln. kVt/saat çoxdur, - "Azərenerji" SC-nin məlumatında deyilir.
Ötən ay ərzində stansiyada 51,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövründən 28 faiz çoxdur.
Dekabrın 1-nə olan vəziyyətə görə, stansiya istismara verildiyi vaxtdan 1 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.