...

Amerika bankı 2009 - cu ildə neft qiymətlərinin bir barel üçün 45 dollardan aşağı olacağını proqnozlaşdırır

Energetika Materials 19 Dekabr 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir A.Bədəlova/ Amerikanın dünyanın iri banklarından biri olan JPMorgan bankının analitikləri hesab edirlər ki, 2009 - cu ildə WTI markalı bir barel neftin qiyməti, orta hesabla, 43,25 dollar təşkil edəcək.

"2009 - cu il üçün neft qiyməti proqnozlarının bir barel üçün 69 dollardan kəskin şəkildə 43 dollara düşməsi dünyada iqtisadi vəziyyətin getdikcə pisləşdiyini və 2008 - ci ildə olduğu kimi 2009 - cu ildə də neftə tələbatın azalacağını göstərir", - deyə Trend -a JPMorgan -dan bildiriblər.

Gələn il neft qiymətləri üzrə ən yüksək qiymət dördüncü rübdə - bir barel üçün 50 dollar səviyyəsində, ən aşağı qiymət birinci rübdə 38 dollar səviyyəsində müşahidə olunacaq. 2008 - ci ilin yekunu üzrə orta qiymət, analitiklərin proqnozlarına görə, bir barel üçün 102 dollar təşkil edəcək.

Bank analitikləri 2009-cu ildə dünyanın neftə tələbatının sutkada bir mln. barel azalaraq, 2008 - ci ildəki 85,6 mln-a nisbətdə 84,6 mln-dək düşəcəyini proqnozlaşdırır.

Gələn il neftə ümumi tələbatın sutkada 46,4 mln bareli (2008 -ci ildə qeydə alınandan bir mln. barel az) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin, sutkada 38,2 mln. barel İƏİT-ə daxil olmayan dövlətlərin payına düşəcək.

Bank 2009 - cu ildə dünyada iqtisadi artım üzrə proqnozlarını da azaldıb. Yeni proqnozlara əsasən, dünyanın iqtisadi artım tempi gələn il 0,8 faiz (əvvəllər 0,2 faiz artım proqozlaşdırlırdı) düşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti