...

Nabucco Avropanın gələcək enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir – LINKS-in icraçı direktoru

Energetika Materials 9 Fevral 2009 18:02 (UTC +04:00)
Nabucco Avropanın gələcək enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir – LINKS-in icraçı direktoru

Azərbaycan, Bakı, 09 fevral / Trend /  Nabucco bir tərəfdən Avropanın gələcək enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən, digər tərəfdən isə Xəzər regionunda və onun hüdudlarından kənarda  mövcud olan enerji resursları istehsalçıları üçün eyni əhəmiyyətdə rol oynayan ambisiyalı layihədir. Bu barədə Britaniyanın LINKS Qeyri-Hökumət Təşkilatının icraçı diretoru Denis Sammut Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Türkmənistan, Qazaxıstan və Azərbaycan kimi enerji istehsal edən ölkələrin tədarük variantları nə qədər çox olarsa bir o qədər yaxşıdır".

Sammut qeyd edib ki, enerji qiyməti həm tədarükçülər, həm də istehlakçılar üçün düzgün və ədalətli olmalı olan kommersiya və strateji maldır. Lakin tədarüklər etibarlı omalıdır. Nabucco bu məqsədlərə çatmağa imkan yaradacaq və buna görə mən layihənin reallaşdırıla biləcəyinə ümid edirəm, - deyə LINKS-in icraçı direktoru bildirib.
Onun fikrincə, qarşıda təhlükəsizliyin təminatı, maliyyələşdirmə, tədarükçülərin Nabucco-dan istifadəyə razılıqları və ümumilikdə bu layihənin bütün ölkələr üçün faydalı olmasına zəmanətin alınması da daxil olmaqla bir çox problemlər var. Bu şərtlərdən biri və ya bir neçəsi yerinə yetirilməyəcəyi təqdirdə layihə baş tutmayacaq.

"Bununla belə mən Bakı-Tbilsi-Ceyhanın müzakirə olunduğu dövrdə bəzi insanların bu layihənin reallaşacağına inanmadıqlarını xatırladım", - deyə Sammut bildirib.

Onun sözlərinə görə, ən nəhayət bütün ölkələr - tədarükçülər, istehlakçılar və tranzit dövlətlər anladılar ki, Bakı-Tbilisi-Ceyhan layihəsi kifayət qədər əhəmiyyətlidir və o nəzərdə tutulan müddətdə səmərəli həyata keçirilib və hazırda ona uğur kimi baxılır. "Əminəm ki, eyni fikirlər Nabucco-ya da aid ediləcək", - deyə LINKS-in direktoru bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti