...

Azərbaycanda 2009-ci ildə mərkəzləşdirilmiş istilik sisteminin inkişafı üçün qazanxanaların sayı 330 ədədə çatacaq

Energetika Materials 12 Mart 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Baku, 12 mart / Trend /

Nazirlər Kabinetinin 2008-ci il fəaliyyəti barədə verdiyi hesabatda deyilir ki, 2008-2009-cu il mövsümündə "Azəristiliktəchizat" ASC ölkədəki qazanxanaların sayını 330 ədədə çatdıracaq. 2007-2008-ci il mövsümündə isə qazanxanaların sayı 312 ədəd təşkil edib.  

2008-2009-cu il mövsümündə isitmə sistemi ilə təmin olunmuş binaların sayı 2007-2008-ci ilin göstəricisi olan 1933 ədədə nisbətdə 2065 ədəd təşkil edəcək.

İsitmə sistemi ilə təmin olunacaq səhiyyə müəssisələrinin sayı 2008-2009-cu illərdə 2007-2008-ci ilin göstəricisi olan 127 ədədə qarşı 133 ədəd təşkil edəcək. 

2005-2008-ci illərdə dövlət büdcəsindən ayrılmış 56 mln. manat vəsait hesabına Bakıda 22 isitmə məntəqəsi rekonstruksiya olunaraq qazanxanalara verilib. Bundan əlavə, 20 isitmə məntəqəsi tikilib, 44 qazanxana rekonstruksiya olunaraq müasir avadanlıqlarla təchiz edilib və 45 modul tipli qazanxana quraşdırılıb.

Bu dövr ərzində 209 məktəbin, uşaq bağçalarının və səhiyyə müəssisələrinin təmiri aparılıb. 72 qazanxana qazla təmin olunub və 50 km-lik qaz xətləri çəkilib. Bununla yanaşı, 140 km-lik magistral və həyətdaxili isitmə xətlərinin təmiri aparılıb.

Xəbər lenti

Xəbər lenti