...

SOCAR Bakı-Supsa boru kəməri ilə yüngül neft ixracını artırır

Energetika Materials 7 Aprel 2009 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-mart aylarında Bakı-Supsa qərb boru kəməri marşrutu ilə "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil etdiyi təqribən 793 min ton yüngül neft ixrac edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir. Ötən ilin yanvar-mart aylarında bu istiqamətdə neft ixrac edilməyib.

2008-ci ildə boru kəməri ilə 407,1 min ton neft ixrac olunub. 2007-ci ildə bu istiqamətdə boru kəmərində təmir işlərinin aparılması səbəbindən neft göndərilməyib.

Boru kəmərinin operatoru BP şirkətidir. Bu boru kəməri ilə neft nəqli 2008-ci il noyabrın əvvəlində bərpa olunub. Bakı-Supsa boru kəməri 2006-cı ilin sonundan təmirdə olub. 2008-ci ilin ortalarında boru kəməri neft ilə doldurulmağa başlanıb, lakin gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb.

SOCAR yanvar-martda Gürcüstanın Batumi limanından dəmiryolu vasitəsilə

ixrac həyata keçirməyib. Ötən ilin analoji dövründə də bu istiqamətdə neft ixrac olunmayıb.

Ümumilikdə 2008-ci ildə bu marşrut ilə "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan 326,03 min ton neft nəql olunub. Bu göstərici 2007-ci ildə 221,2 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti