...

Azərbaycan neftinin qiyməti əvvəlki səviyyədə qalıb

Energetika Materials 13 Aprel 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir A.Bədəlova /

Aprelin 10-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dəyişilməyib və $53,12/barel səviyyəsində qalıb. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü dini Pasxa bayramı münasibəti ilə alqı-satqı həyata keçirilməyib.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmiryolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-na $52,52/barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,39/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 10-da  $50,19/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,42/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti aprelin 10-da $52,48/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,44/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti