...

Praqada imzalanan qətnamə mütləq öz nəticəsini verməlidir – Çexiyanın Baş naziri

Energetika Materials 8 May 2009 17:21 (UTC +04:00)

Çexiya, Praqa, 08 may / Trend , xüsusi müxbir М.Xulpaxova /

"Cənub dəhlizi" layihəsi üzrə keçirilmiş sammit uğurdur, çünki Azərbaycan kimi ölkələr mütləq konkret nəticələrə gətirib çıxaracaq qətnaməyə imza atdı", - Praqadakı sammitin yekunlarına həsr edilmiş mətbuat konfransında, Aİ-də sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek deyib.

Onun sözlərinə görə, "Nabukko" layihəsinin realizəsi yeni infrastruktur kimi tikilən yeni "Cənub dəhlizi" layihəsini sürətləndirəcək.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti