...

Türkiyə üçün Azərbaycan qazının qiymətinə yenidən baxıla bilər – Prezident İlham Əliyev

Energetika Materials 13 May 2009 15:49 (UTC +04:00)
Türkiyə üçün Azərbaycan qazının qiymətinə yenidən baxıla bilər – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 13 may / Trend /

"Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının "alqı-satqı"sına dair müqavilə onun qiymətinə yenidən baxılmasını nəzərdə tutur. Bu barədə çərşənbə günü Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Mətbuat konfransı CNN Turk telekanalı vasitəsilə birbaşa yayımlanıb.

"Müqaviləyə əsasən, Azərbaycan qazının qiyməti dünyada neftin qiymətindən asılıdır. Bu məsələni [Türkiyə üçün qazın qiymətinə yenidən baxılması] regionda yarana biləcək, yaranan və ya əmələ gəlməyəcək vəziyyətlərlə əlaqələndirmək düzgün olmazdı", - deyə İlham Əliyev bildirib.

Türkiyənin Baş naziri mətbuat konfransında bildirib ki, Azərbaycan qazının qiyməti iki ölkənin enerji idarələri arasında aparılacaq danışıqlar zamanı nəzərdən keçiriləcək.

Bu gün Azərbaycan qazının 1000 kubmetri Türkiyəyə 120 dollara satılır. Türkiyə ilə bağlanan miüqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından çıxarılan qazın qiyməti tədarükə başlandığı vaxtdan bir il sonra yenidən nəzərdən keçirilə bilər, yəni yeni qiymət 2008-ci il 15 aprel tarixindən tətbiq ediləcək. Müqaviləyə əsasən, Türkiyə layihənin birinci mərhələsi çərçivəsində "Şahdəniz" yatağından 6,6 mlrd. kubmetr qaz əldə etməlidir. Layihə üzrə tərəfdaşlar artıq 2009-cu ildə bu tədarük həcmini əldə edəcəklər.

Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti