...

SOCAR yeni yanacaq keyfiyyəti standartı hazırlamağı planlaşdırır

Energetika Materials 15 May 2009 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.İsmayılova /

"SOCAR mazutun yeni keyfiyyət standartını hazırlamaq niyyətindədir", - cümə günü "Y.Q.Məmmədəliyev" adına Neft-Kimya Prosesləri İnstitunun neft və neft-kimya məhsullarının standartlaşdırılması laboratoriyasının başçısı Qasım Qasımov deyib.

"Mazutun yeni keyfiyyət standartının hazırlanmasına start verilməsi bu ilə planlaşdırılmışdı. Ancaq işin başlanması üçün sifariş daxil olmayıb", - Qasımov bildirib.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 534,35 min ton soba mazutu istehsal edilib.

Həmçinin, SOCAR-ın sifarişi ilə butan-butilen fraksiyasının yeni standartının hazırlanması planlaşdırılır.

Qasımov deyib ki, hazırda bu məhsul növünün istehsalı DÜST-ə uyğun olaraq həyata keçirilir və bu məqsədlə dövlət standartının hazırlanması haqqında qərar qəbul edilib.

"Butan-butilen fraksiyasının yeni keyfiyyət standartının hazırlanmasına da bu il başlamaq planlaşdırılmışdı. Ancaq SOCAR-dan sifariş hələ gəlməyib", - Qasımov qeyd edib.

"H.Əliyev adına" Bakı NEZ-də yanvar-aprel aylarında 44 min tondan çox maye qaz istehsal olunub ki, ötən ilin analoji dövründə bu rəqəm 53 min ton olub. 2008-ci ildə ölkədə təxminən 181,13 min ton maye qaz istehsal olunub.

Azərbaycanda cəmi iki neft emalı zavodu (NEZ) var. Bunlar "H.Əliyev adına" və "Azneftyağ" NEZ-dir. Birinci NEZ-də əsasən, ağ neft məhsulları, ikincidə isə tünd neft məhsulları istehsal olunur. Hər iki NEZ-in ümumi istehsal gücü ildə 20 mln. ton neftdir. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən altı mln. ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti