...

Azərbaycanın daxili bazarında bitumun realizəsi əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 17 İyul 2009 12:47 (UTC +04:00)
Yanvar-iyun aylarında Azərbaycanın daxili bazarına 1,7 milyon neft məhsulları göndərilib. Keçən ilin müvafiq dövründə bu rəqəm 2,5 milyon ton olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Azərbaycan, Bakı, 17 iyul / Trend /

Yanvar-iyun aylarında Azərbaycanın daxili bazarına 1,7 milyon neft məhsulları göndərilib. Keçən ilin müvafiq dövründə bu rəqəm 2,5 milyon ton olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 454,7 min ton avtomobil benzinin payına düşür. Ümumiyyətlə, benzin daxili bazarda bütün məhsullardan çox satılıb ki, bu da 2008-ci ilin analoji göstəricisindən 12,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı avtomobil benzinin bir tonunun topdansatış dəyəri (təchizat xərcləri və ƏDV daxil olmaqla) 670 AZN, A-95 benzinin bir tonunun topdansatış dəyəri isə 736 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında realizasiya üçün Azpetrol 237,3 min ton, LUKOİL isə təxminən 75,5 min ton avtomobil benzini alıb.

Yanvar-iyun aylarında daxili bazarda  352,4 min ton dizel yanacağı satılıb ki, bu da 2008-ci ildəkindən 27,2 faiz azdır. Azərbaycanın daxili bazarında dizel yanacağının bir tonunun topdansatış dəyəri (təchizat xərcləri və ƏDV daxil olmaqla) 485 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, bu həcmdən Azpetrol təxminən 21,5, LUKOİL isə 41,2 min ton dizel yanacağı alıb. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi təxminən 9,1 min ton dizel yanacağı əldə edib.  

Bu ilin yanvar-iyun aylarında daxili bazarda 182,6 min ton mazut yanacağı satılıb ki, bu da keçən ilki göstəricidən 74,8 faiz azdır. Azərbacanın daxili bazarında M-0 mazutunun bir tonunun topdansatış dəyəri (təchizat xərcləri və ƏDV daxil olmaqla) 100 AZN tşkil edir. Statistika Komitəsinin məlumatına görə, Azerenerji SC118,1 min tondan çox, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə gələcək emal üçün təxminən 32,3 min ton alıb.  

Aviasiya kerosini 162,7 min ton satılıb ki, bu da 2008-ci ildəki göstəricidən 37,4 faiz azdır. Azərbaycanın daxili bazarında aviasiya kerosininin bir tonunun topdansatış dəyəri (təchizat xərcləri və ƏDV daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-iyun aylarında daxili bazarda 99,2 min ton neft bitumu satılıb ki, bu da 2008-c ildəki göstəricidən 46,1 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 bitumunun bir tonun topdansatış dəyəri (təchizat xərcləri və ƏDV daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-iyun aylarında daxili bazarda 45,9 min ton mayeləşmiş neft qazı (LPG) satılıb ki, bu da keçən ilki göstəricidən 3,6 faiz çoxdur.  

Daxili bazarda digər neft məhsulları 425,5 min ton satılıb ki, bu da 2008-ci ili yanvar-iyun aylarındakı göstəricidən 14,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti