...

ARDNŞ Xəzərdə növbəti quyunu istifadəyə verib

Energetika Materials 21 İyul 2009 14:51 (UTC +04:00)
"ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorundakı eyniadlı dəniz yatağındakı "Neft Daşları - 1887" platformasında sutkada təxminən min ton neft hasil etməyi planlaşdırır", - ARDNŞ-nin çərşənbə axşamı yayılan məlumatında deyilir. 2006-cı ildə istismara verilmiş beşbloklu platforma 36 quyunun qazılmasına hesablanıb.

Azərbaycan, Bakı, 21 iyul / Trend /

Belədə, ARDNŞ platformada növbəti quyunu istifadəyə verib. Bu quyudan, 2430-2437 metr dərinlikdən sutkada 67 ton neft əldə olunur.

"Neft Daşları" yatağı Azərbaycanın dənizdə neft hasilatına başladığı ilk yataqdır.

Bu tədbirlər Azərbaycan Prezidentinin "Neft Daşları" neft-qaz istehsalat idarəsi (NQİİ) tərəfindən hasilat həcminin 812 min tondan 1,2 milyon tona qədər artırılması haqda sərəncamı çərçivəsində aparılır. ARDNŞ geoloqlarının fikrincə, "Neft Daşları" yatağında qalıq neftinin həcmi 30 milyon tondur. Yataqda hasilatın artırılması üçün 2010-cu ilə qədər ARDNŞ 78 yeni quyu qazacaq.

Xəbər lenti

Xəbər lenti