...

Yanvar-iyul aylarında ARDNŞ 80 min tondan çox maye qaz istehsal edib

Energetika Materials 8 Avqust 2009 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend /

Yanvar-iyul aylarında ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Heydər Əliyev adına" neft emalı zavodu (keçmiş "Azneftyanacaq") təxminən 84 min ton maye qaz istehsa edib. Bu rəqəm ötən ilin yanvar-iyul aylarında 103 min ton olub.

İyulda NEZ-də 15 min tondan çox maye qaz istehsal olunub.

2008-ci ildə ARDNŞ 181,13 min tona yaxın maye qaz istehsal edib. 2007-ci ildə istehsal edilmiş maye qazın həcmi 145,03 min ton olub. İstehsal olunmuş maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.  

2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2008-ci ildə 2006-cı və 2007-ci ildə olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen fraksiyası istehsalının həcmi 3,02 min ton təşkil edib.  

Xəbər lenti

Xəbər lenti