Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir E.İsmayılov /
Yanvar-iyulda SOCAR Georgia Gas (SOCAR Energy Georgia-nın törəmə müəssisəsi) Gürcüstan bazarında 65 milyon kubmetrdən çox kommersiya qazı reallaşdırıb. Bu barədə bazar ertəsi SOCAR Georgia Gas rəhbəri Anar Məmmədov deyib.
İyunda şirkət Gürcüstan bazarında 8,5 milyon kubmetr kommersiya qazı reallaşdırıb.
Məmmədov deyib ki, proqnoz qiymətləndirmələrinə görə, bu ilin sonunadək olan dövrdə (5 ay) təxminən 90-100 milyon kubmetr kommersiya qazı təchiz etmək nəzərdə tutulur. "Bununla belə nəzərə almaq lazımdır ki, kommersiya təbii qazının realizəsinin faktiki həcmi bazarın vəziyyətindən asılıdır", - Məmmədov deyib.
SOCAR Energy Georgia ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkətidir və Gürcüstanın neft və neft məhsulları bazarında distribütorluq və marketinqlə məşğul olur. Xüsusən də şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satır. SOCAR Georgia-nın təsisçiləri ARDNŞ (51 faiz), Petro-Trans FZCO (32,7 faiz) və İvan Çxartişvilidir (16,3 faiz).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]