Azərbaycan, Bakı, 08 sentyabr / Trend /
ARDNŞ-in Ekologiya İdarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətindəki avtomobil magistralı boyunca yerləşən sahələrin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirib. Bu barədə Ekologiya İdarəsinin məlumatında deyilir.
Monitorinq çərçivəsində idarənin Ekoloji Monitorinq Departamenti tərəfindən hava limanı istiqamətindəki magistralı yaxınlığında yerləşən "Böyük Şor" gölünün ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə ekoloji tədqiqatlar aparılıb.
Ərazidən nümunələr götürülüb (su və qrunt), şəkillər çəkilib, həmçinin çirklənmə mənbələri öyrənilib və aparılan tədqiqatlar nəticəsində çirklənmənin səviyyəsi müəyyən edilib.
Monitorinq nəticəsində geniş hesabat tərtib edilib və müvafiq instansiyalara təqdim edilib. Hesabatda ekoloji bərpa işlərinin keçirilməsi üzrı tövsiyələr verilib. Yaxın gələcəkdə bu sahələrin bərpası və onların istismara verilməsinə start veriləcək.