...

ARDNŞ İsveçrənin ticarət şirkətinin xarici ofisini alıb

Energetika Materials 9 Sentyabr 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Asiyanın neft məhsulları bazarının əhatə dairəsinin genişləndirilməsi planı çərçivəsində İsveçrənin Fair Energy SA's ticarət şirkətinin Vyetnam ofisini alıb, eləcə də iki əməkdaşı işə götürüb. Bu barədə Bloomberg ARDNŞ nümayəndəsinə istinadən yazır.

Bloomberg-ə telefonla ARDNŞ-nin Sinqapurdakı nümayəndəliyinin maliyyə dirketoru Fərid Cəfərovun dediyi kimi, şirkət razılaşma çərçivəsində, həmçinin İsveçrə şirkətinin üç sinqapurlu işçisini işə götürüb.

"Vyetnamda neftə olan tələbat əhalinin artımı və avtomobillərə tələbat tərəfindən təmin ediləcək", - Cəfərov deyib.

Cəfərovun dediyi kimi, Dieu Ngoc Nguyen (Vyetnam), Jean Rohr və Marcus Neo (Sinqapur) - Fair Energy-nin sabiq ticarətçiləri də ARDNŞ-yə qoşulub.

Xəbər lenti

Xəbər lenti