...

Azeri Light növlü neftin hasilatı 166 milyon tonu ötüb

Energetika Materials 15 Sentyabr 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend /

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 1997-ci ilin noyabrından 2009-cu il avqustun sonuna qədər 166 milyon tondan çox yüngül neft çıxarılıb. AÇG çıxarılan ehtiyata görə dünyanın ilk onluğuna daxildir.

Bu yatağın işlənməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb. Bu il Azərbaycan "Əsrin Müqaviləsi"nin imzalanmasının 15-ci ildönümünü qeyd edir.

Yatağın işlənməsi üzrə operator olan BP Azerbaijan-ın məlumatında deyildiyi kimi, 2009-cu il sentyabrın 15-dək Türkiyənin Ceyhan limanından AÇG-də çıxarılan və "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə çatdırılan neftlə 884 tanker yüklənilib.

BP-nin sənədində qeyd olunur ki, AÇG layihəsində investisiyanın həcmi 2008-ci ilin sonuna 20 milyard dolları ötüb. 2008-ci ildə Azərbaycan AÇG yatağının işlənməsindən 14,4 milyard dollar qazanc əldə edib, mənfəətin ümumi həcmi isə təxminən 23 milyard dollar olub.

AÇG yatağının dəniz blokunun işlənməsi üzrə layihə iştirakçıları bunlardır: BP (operator - 34,1%-lik pay iştirakı), ChevronTexaco (10,2814%), ARDNŞ (10%), INPEX (10%), Statoil Hydro (8,5633%), ExxonMobil (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), ITOCHU (3,9205 %), Delta Hess (2,7213%).

Xəbər lenti

Xəbər lenti