...

Təcrübəmiz göstərir ki, Azərbaycan tərəfindən həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır - Azərbaycan Prezidenti

Energetika Materials 29 Sentyabr 2009 07:31 (UTC +04:00)
Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə mətbuat konfransında deyib.
Təcrübəmiz göstərir ki, Azərbaycan tərəfindən həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır - Azərbaycan Prezidenti

Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə mətbuat konfransında deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Onun sözlərinə görə, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün Nabukko haqqında, ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki Nabukko layihəsinin icrası ancaq Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır. Bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, əgər Nabukko layihəsi uğurla icra olunarsa, regionda şaxələndirmə məqsədilə tikiləcək digər kəmərlərin inşasına da gətirib çıxaracaqdır.

"Bugünkü danışıqlarda həm Nabukko layihəsi, eyni zamanda, Konstansa-Triest layihəsi müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini vermişdir və mən bu gün də bunu bir daha təsdiq etdim", - İlham Əliyev dedi.

Xəbər lenti

Xəbər lenti