...

Azərbaycan dənizçiləri tərəfindən xilas edilən Rusiya gəmisi Təsnifat cəmiyyəti tərəfindən sənədlərin verilməsindən sonra üzməyi davam etdirəcək

Energetika Materials 28 Oktyabr 2009 12:49 (UTC +04:00)
Xəzər dənizində qəzaya uğrayan və azərbaycanlı mütəxəssislər tərəfindən xilas edilən "Fili" gəmisi təmirin tamamlanması üzrə Təsnifat cəmiyyəti tərəfindən sənədlərin bərpa edilməsindən sonra üzməyi davam etdirəcək, bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasının məlumatında deyilir.
Azərbaycan dənizçiləri tərəfindən xilas edilən Rusiya gəmisi Təsnifat cəmiyyəti tərəfindən sənədlərin verilməsindən sonra üzməyi davam etdirəcək

Azərbaycan, Bakı, 28 oktyabr / Trennd Capital /

Xəzər dənizində qəzaya uğrayan və azərbaycanlı mütəxəssislər tərəfindən xilas edilən "Fili" gəmisi təmirin tamamlanması üzrə Təsnifat cəmiyyəti tərəfindən sənədlərin bərpa edilməsindən sonra üzməyi davam etdirəcək, bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasının məlumatında deyilir.

Hazırda gəmi Bakıya gətirilib. Mütəxəssislər qəzanın səbəblərini öyrənir, bundan sonra gəminin zədələnmiş konstruksiyaları, avadanlıq və mexanizmlərinin təmiri həyata keçiriləcək.

Oktyabrın 26-da gəmi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb. Bazar ertəsi saat 12:30-da Həştərxan limanının dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin rəhbərliyi Azərbaycan tərəfinə yardım göstərilməsi xahişi ilə müraciət edib. "Fili" teploxodunun xilas edilməsi üçün qəza rayonuna təcili olaraq Azərbaycan Respublukası Donanmasının iki gəmisi - teploxod "Ayla" və "Avior" göndərilib.

Gəmidə qəzanın ilkin səbəbi güclü fırtına nəticəsində rumpel və maşın şöbələrinin batması, buna görə gəmidə elektrik cərəyanının kəsilməsi və idarəetmənin itirilməsidir.

Rusiya gəmisinin göyərtəsində 1700 ton həcmində yük var ki, onun da 1300 tonu polad tədarükü, 400 tonu isə kağızdır. "Fili" gəmisi İranın Nouşehr limanı istiqamətində üzürmüş.

Rusiya gəmisinin 11 ekipaj üzvü arasında həlak olan və ya xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti