...

"Blok-23"dən hasil edilən karbohidrogenlər "Nabukko" qaz kəmərinin doldurulmasına yardım edəcək – RWE şirkətinin Türkmənistandakı baş direktoru ilə MÜSAHİBƏ

Energetika Materials 17 Noyabr 2009 13:53 (UTC +04:00)
Trend Capital-ın Almaniyanın enerji konserni RWE Dea AG-nin Türkmənistan filialının baş direktoru Hayko Opperman (Heiko Oppermann) ilə müsahibəsi.
"Blok-23"dən hasil edilən karbohidrogenlər "Nabukko" qaz kəmərinin doldurulmasına yardım edəcək – RWE şirkətinin Türkmənistandakı baş direktoru ilə MÜSAHİBƏ

Bakı, Azərbaycan, 17 noyabr / Trend , müxbir A.Bədəlova/

Trend -ın Almaniyanın enerji konserni RWE Dea AG-nın Türkmənistan filialının baş direktoru Hayko Opperman (Heiko Oppermann) ilə müsahibəsi.

- RWE Dea şirkəti yayda Xəzərin Türkmənistan sektorundakı "Blok-23"ün işlənməsi və kəşfiyyatı üzrə müqavilə imzalayıb. Hazırda bu blok üzrə işlər hansı mərhələdədir?

- Karbohidrogen resurslarının idarəsi və istifadəsi üzrə Dövlət Agentliyi, RWE Dea və Türkmənistan prezidentləri tərəfindən imzalanan məhsul bölgüsü barədə müqavilə avqustun əvvəlində qüvvəyə minib. O vaxtadan biz Aşqabadda RWE Dea şirkətimizin filialını qeydiyyatdan keçirdik. Filialın yerli ofisi yaxın zamanda açılacaq. Hazırda "Blok-23"də üçölçülü (3D) seysmik axtarışın keçirilməsinə kimi veriləcək ətraf mühitə təsirin qiymətləndirilməsi və fon şərtlərinin öyrənilməsi üçün sənədlərin təqdim edilməsinə hazırlaşırıq.

- Blokdan hasilata nə zaman başlanılması planlaşdırılır və karbohidrogenlərin hansı mümkün nəql marşrutları var?

- Seysmik məlumatların işlənməsi və təhlilinin alınmasından sonra biz 2013-cü ilədək bir kəşfiyyat quyusu qazmağı planlaşdırıq. Əgər bu quyu uğurlu olarsa, biz gələcəkdə qiymətləndirmə quyularının qazılması imkanlarını nəzərdən keçirəcəyik. Hələlik xüsusi nəql marşrutları məsələlərini həll etmək üçün tezdir.

- Türkmənistanda neft və qaz ehtiyatları ilə bağlı nə kimi ümidlər var?

- Biz "Blok-23"də əhəmiyyətli dərəcədə ehtiyatların olmasını ehtimal edirik, lakin hazırda biz İş Proqramımızın əvvəlindəyik və hələlik düzgün qiymətlər vermək üçün tezdir.

- Xəzər dənizindən keçən qaz kəmərlərinin olmamasını nəzərə alaraq, sizin fikrinizcə, regiondan Avropaya qaz necə tədürük olunacaq?

- Bir neçə variantlar mövcuddur: bu gün üçün daha mümkün olanı Azərbaycanda və Türkmənistandakı dəniz yataqlarında quraşdırılan müxtəlif platformaların birləşdirilməsidir. Sonrakı variant isə, əlbəttə ki, Türkmənistan və Azərbaycanı birləşdirən təxminən 300 kilometr uzunluğunda olan dəniz boru kəmərləri sistemi Transxəzər boru kəməri olacaq. Digər variantlar da nəzərdən keçirilə bilər.

RWE Avstriyanın OMV şirkəti ilə birgə bütün variantları ətraflı araşdırır. Hər iki şirkət Xəzər regionunun nəhəng qaz resurlarını Avropa ilə birləşdirə bilən infrastrukturun yaradılmasının mümkün yollarının təhlil edilməsi üçün yaradılan Caspian Energy Company-nın təsisçiləridir.

- Sözügedən Blokun işlənməsində investisiyanın ümumi həcmi nə qədərdir?

- Müqavilənin imzalanması zamanı müəyyənləşdirildiyi kimi, dörd illik tədqiqatların başlanğıc mərhələsində biz ümumi xərcləri 60-dan 80 milyon dollara kimi qiymətləndiririk.

- RWE Dea-nın ümumiyyətlə Türkmənistana və Xəzər regionuna marağı nə ilə bağlıdır?

- İlk növbədə, biz Türkmənistanda və Xəzər regionunun digər ölkələrində əhəmiyyətli dərəcədə resurs potensialına ümid edirik. Tədqiqatlar, karbohidrogenlərin işlənməsi və hasilatı zamanı isə biz özümüzün böyük təcrübəsi ilə töhfə verə bilərik.

Əlbəttə, RWE "Nabukko" konsorsiumunun bir hissəsidir və onun məqsədi Avropaya enereji resurlarının tədarükünün təmin olunmasıdır. "Blok-23"də hasil edilən karbohidrogenlər planlaşdırılan "Nabukko" boru kəmərinin müvafiq qaz həcmi ilə doldurulmasına yardım edə bilər.

Bununla yanaşı, RWE Dea keçid və ekoloji həssas zonalarda operator qismində uzunmüddətli təcrübəsinə əsaslana bilər. Almaniyanın Wattenmeer Tidelands milli parkında yerləşən "Mittelplate" yatağı bu sahədə peşəkar fəaliyyətin əla sübutudur. "Mittelplate"nin ekoloji həssas zonada yerləşməsi bütün əməliyyatların aparılması zamanı son dərəcə diqqətli olmağı tələb edir və insanlar və texnologiyalar üçün ekstremal vəzifə yaradır. Buna görə "Mittelplate" layihəsi bir sıra texniki innovasiyaların istifadəsi və xüsusi beynəlxalq təhlükəsizlik səviyyəsi ilə xarakterizə olunaraq onu ekolji amillərlə uyğunlaşan neft hasilatı modelinə çevirir. Biz ümid etdiyimiz kimi, Türkmənistan və RWE Dea arasında uzunmüddətli və sıx əməkdaşlığın başlanğıc nöqtəsi olacaq yeni layihəmizdə təcrübəmizdən və texnoloji qabiliyyətimizdən istifadə etməyi səbirsizliklə gözləyirik.

- Heyət Türkmənistan vətəndaşlarından ibarət olacaqmı? Təşkilatın gələcəyini necə görürsünüz?

- Biz fəaliyyətimizə ixtisaslı Türkmənistan əməkdaşlarının işə qəbulu filialında başlayacağıq. RWE Dea-nın Alaminayadakı ekspertləri ilə birgə biz "Blok-23" üzrə müqavilə çərçivəsində İş Proqramının bütün tələblərinin yerinə yetirilməsi üçün mövqelərimizi möhkəmlədəcəyik və yüksək texniki və inzibati standartları tətbiq edəcəyik. Fəaliyyətimiz artdıqca biz yerli vətəndaşlarla yanaşı, müvafiq sayda mühacirləri də işə qəbul edəcəyik.

Xəbər lenti

Xəbər lenti