...

Fransa Türkmənistanı Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi üçün vacib tərəfdaş hesab edir – Nikola Sarkozi

Energetika Materials 8 Yanvar 2010 15:08 (UTC +04:00)
Fransa Türkmənistanı Avropanın enerji təhlükəsizliyini dəstəkləmək üçün vacib tərəfdaş hesab edir. Bu barədə Fransa Prezidenti Nikola Sarkozinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı müraciətnamədə deyilir.
Fransa Türkmənistanı Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi üçün vacib tərəfdaş hesab edir – Nikola Sarkozi

Türkmənistan, Aşqabad, 08 yanvar / Trend , müxbir H.Həsənov/

Fransa Türkmənistanı Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi üçün vacib tərəfdaş hesab edir. Bu barədə Fransa Prezidenti Nikola Sarkozinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı müraciətnamədə deyilir.

"Sizin ölkəni regionda sülhü və Avropada enerji təhlükəsizliyini dəstəkləyən vacib tərəfdaş hesab edirəm. Mərkəzi Asiyanı strateji region, münasibətlərimizin inkişafını isə zəruri hesab edirəm, belə ki, bu gün burada beynəlxalq sülh və təhlükəsizliyin əsas məsələləri həll edilir", - məktubda deyilir.

Fransa Prezidenti qeyd edir ki, Berdiməhəmmədovun fevralda Parisə səfəri "ölkələr arasındakı münasibətlər tarixində mühüm mərhələ olacaq". Onun fikrincə, bu, "qarşılıqlı anlaşmanın güclənməsi və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsi üçün imkanlar verəcək".

"Səfər zamanı imzalanacaq siyasi və mədəni müqavilələrə böyük əhəmiyyət verirəm, çünki bu müqavilələr gələcək əlaqələrimizi bütün sahələrdə gücləndirəcək", - Sarkozi bildirir.

O qeyd edib ki, Fransa müəssisələrinin Türkmənistanda aparılan danışıqlara dair bir sıra layihələr üzrə işgüzar tərəfdaşlığın davam etdirilməsi və artırılmasına can atmalarını dəstəkləyir.

Berdiməhəmmədovun səfər hazırlığının müzakirəsi üçün Fransa Prezidentinin Fransa və Mərkəzi Asiya arasında siyasi və iqtisadi münasibətlər üzrə şəxsi nümayəndəsi Aymeri de Monteskü Fezensak Aşqabada gedib.

Xəbər lenti

Xəbər lenti