Gürcüstan, Tbilisi, 14 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Batumi Beynəlxalq Enenrji Konfransında razılaşdırılmış bəyannamə prezidentlərin iştirakı ilə keçiriləcək sammitdə imzalanacaq, Gürcüstanın XİN nümayəndəsi İya Maxaraşvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sammit prezidentlərin iştirakı ilə Batumidə keçiriləcək və burada "Cənub Enerji dəhlizi"nin inkişafına dəstəyə dair bəyannamə imzalanacaq.
Bu günkü enerji konfransıda onun iştirakçıları - Gürcüstan, Azərbaycan, Belarusiya, Türkiyə, Ukrayna, Türkmənistan, Qazaxıstan, Bolqarıstan, Rumınya, Litva, Polşanın nümayəndələri Enerji daşıyıcılarının Avropaya tranzitinin alternativ yolunun inkişaf etdirilməsi fikrini dəstəkləyiblər və bu da bəyannamədə əks olunuib.
"Batumi Beynəlxalq Enerji Konfransını prezidentlərin görüşünə hazırlıq hesab etmək olar. Prezidentlərin görüşü isə Batumi sammitində olacaq, lakin onun keçirilmə tarixi haqqında dəqiq bir söz deyə bilmərik", -Maxaraşvili deyib.