...

Suriya uzunmüddətli əsaslarla Azərbaycan qazını almaq niyyətindədir - Syrian Petroleum Company-nin rəhbəri

Energetika Materials 6 Mart 2010 10:53 (UTC +04:00)
Azərbaycan və Suriya Azərbaycan qazının Suriyaya nəqlinə dair uzunmüddətli sazişin imzalanması üzrə danışıqlar aparacaq. Trend Capital-a Syrian Petroleum Company-nin (SPC) baş meneceri Əli Abbas elektron poçtla məlumat verib. Bu qərar Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndələrinin və Azərbaycan Dövlət Neft Akademiyası rəhbərliyinin Suriyaya səfəri zamanı əldə olunub.
Suriya uzunmüddətli əsaslarla Azərbaycan qazını almaq niyyətindədir - Syrian Petroleum Company-nin rəhbəri

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir Ü.Sadıxova/

AzərbaycanSuriya Azərbaycan qazının Suriyaya nəqlinə dair uzunmüddətli sazişin imzalanması üzrə danışıqlar aparacaq. Trend -a Syrian Petroleum Company-nin (SPC) baş meneceri Əli Abbas elektron poçtla məlumat verib. Bu qərar Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndələrinin və Azərbaycan Dövlət Neft Akademiyası rəhbərliyinin Suriyaya səfəri zamanı əldə olunub.

Əli Abbas qeyd edib ki, tərəflər "ildə 1-1,5 milyard kubmetr həcmində təbii qazın alqı-satqısına dair uzunmüddətli sazişin imzalanması üzrə danışıqlara başlayıblar".

Həmçinin tərəflər gələn il bu məsələyə dair saziş imzalandığı təqdirdə Azərbaycan qazının Suriya qaz nəqliyyatı şəbəkəsi ilə ərəb ölkələrinə nəqli perspektivlərini nəzərdən keçiriblər.

SPC-in baş meneceri qeyd edib ki, Suriyada qaz, əsasən, elektrik enerjisi istehsalında istifadə olunur. Müvafiq olaraq qazın 84 faizi Energetika Nazirliyinə, səkkiz faizi Sənaye Nazirliyinə, səkkiz faizi Neft Nazirliyinə tədarük olunur. Ehtimal olunur ki, investisiyaların artırılması ilə əlaqədar enerjiyə olan tələbatın yüksəlməsinə görə Suriyada qaza tələbat yaxın illərdə artacaq.

Tərəflər arasında imzalanan memorandumda neft-qaz sahəsində təcrübə mübadiləsi və Azərbaycanın ali məktəblərində suriyalı mütəxəssislərin hazırlanması, hər iki ölkədə universitetlər və tədqiqat mərkəzləri arasında əməkdaşlıq əsasında enerjinin müxtəlif sahələrində elmi araşdırmalar, Azərbaycan, Suriya və istənilən digər ölkənin neft-qaz sənayesi sahəsində birgə müəssisələrin yaradılması öz əksini tapıb.

Bundan əvvəl Suriyanın neft nazirinin müavini Həsən Zeynəb Trend -a bildirib ki, Azərbaycan qazının nəqlinə Suriya və Türkiyə arasında birləşdirici qaz kəmərinin inşasından sonra başlanacaq. Bu, 2011-ci ilin əvvəlləri, 2012-ci ilin sonlarına planlaşdırılır. Bu ölkələr Hələb (Suriya) və Kilis (Türkiyə) arasında 63 kilometrlik qaz kəmərinin inşasını həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti