...

Azərbaycanda 2019-cu ilədək neft və qaz emalı üzrə yeni kompleks inşa ediləcək – ARDNŞ-nin vitse-prezidenti

Energetika Materials 16 Aprel 2010 18:32 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində yerləşəcək yeni neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırmasının hazırlıq prosesi sentyabrın sonuna kimi başa çatacaq. Bunu ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov cümə günü Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.
Azərbaycanda 2019-cu ilədək neft və qaz emalı üzrə yeni kompleks inşa ediləcək – ARDNŞ-nin vitse-prezidenti

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/

Bakının Qaradağ rayonu ərazisində yerləşəcək yeni neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırmasının hazırlıq prosesi sentyabrın sonuna kimi başa çatacaq. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) emal üzrə vitse-prezidenti David Məmmədov cümə günü Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

"Hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlığı gedir. Sentyabrın sonuna kimi hazırlıq işləri başa çatacaq", - Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, yeni neft-kimya kompleksi Azərbaycanın karbohidrogen resurslarının, xüsusilə də təbii və səmt qazının dərin emalını, neft məhsullarının alınması ilə neftin emalını, avtomobil yanacağının və sürtgü yağlarının emalını nəzərdə tutur.

Kompleksə şəxsi elektrik stansiyalarının tikintisi də daxildir. İlkin məlumatlara görə, kompleksdə qaz emalının həcmi ildə 40 milyard kubmetrə, neft emalının gücü isə təxminən 15 milyon tona çatacaq.

Güman edilir ki, bütün kompleksin tikintisi 2018-2019-cu ildə başa çatdırılacaq. İlk növbədə, qaz emalı və neft-kimya müəssisələrinin inşasına başlanılacaq. Mərhələli şəkildə kompleksin daxili tələbatını ödəmək üçün istilik enerjisi mərkəzinin tikintisi aparılacaq.

Bunun üçün 2010-cu ili nəzərə almasaq, 5 il lazım olacaq.

Bundan sonra neft emalı zavodunun tikintisinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti