...

Azərbaycan şəxsi qazının tədarükü ilə bağlı bütün mümkün istiqamətlərdə işlər aparır – sənaye və energetika naziri

Energetika Materials 27 Aprel 2010 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan şəxsi qazının tədarükü ilə bağlı bütün mümkün istiqamətlərdə işlər aparır. Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya, İran, ənənəvi şəkildə Gürcüstan və Türkiyəyə qaz tədarük etmək imkanı var. Azərbaycan həmçinin qaz sahəsində Bolqarıstan (sıxılmış qaz), Rumıniya (maye qaz), Suriya ilə memoranum imzalayıb, həmçinin Yunanıstan ilə müəyyən protokol var.

"Yəni, biz bütün istiqamətlərdə işləyirik, bu gün elə bir sahə yoxdur ki, o sahədə boşluq olsun, yaxud hansısa sənədin imzalanmasına tələbat olsun", - Əliyev deyib.

Onun sözlərinə görə, qaz tədarükündə yeganə istiqamət - mövcud istiqamət və layihələrin inkişafıdır.

Azərbaycanın bir neçə isiqamətdə maraqlı olması onunla izah edilir ki, ölkənin böyük ehtiyatları var, onların istismarının azaldılması üçün tədarük marşrutlarının diversifikasiyası lazımdır.

Əliyevin sözlərinə görə, Azərbaycan yuxarıda sadalanan istiqamətlərdən əlavə, "Nabukko" qaz kəməri layihəsinə də maraq göstərir. Ölkə bu layihədə maraqlı olduğunu müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə bildirib.

"Lakin onun nə zaman reallaşacağı Azərbaycandan asılı deyil. Bu məsələdə ən çox Aİ maraqlıdır. Fikrimcə, "Nabukko" üçün konsersium yaradan şirkətlər daha intensiv iş aparmalıdır", - Əliyev vurğulayıb.

Nazir qeyd edib ki, bu layihənin reallaşdırılması istiqamətində həm nailiyyətlər, həm də problemlər və çətinliklər var. Xüsusilə, bu layihə üçün müəyyən qaz mənbələri yoxdur. Bunun üçün isə bəzi siyasi problemlər var, həmçinin bəzi iqtisadi və ticari məsələlər həll edilməyib.

"Bu istiqamətdə gələcəkdə görüləcək işlər çoxdur və bu işləri təşkil etmək lazımdır", - Əliyev deyib.

Onun fikrincə, "Nabukko" layihəsinin reallaşdırılmasında əsas məqsəd Avropanın Rusiyadan asılılığını azaltmaq istəyidir. Lakin yaxın 10-20, hətta 30 il ərzində Rusiya Avropa İttifaqı ölkələrinin energetika təhkükəsizliyində əsas rol aynayacaq.

Lakin, nazirin sözlərinə görə, yaxın 10-15 il ərzində hadisələrin gedişini nəzərdən keçirsək, bu zaman Aİ-nin Rusiyadan asılılığı bir neçə səbəbə görə azalacaq. Birincisi, Rusiyada qaz hasilatının azalması, ikincisi, Türkmənistanın müraciətidir. Üçüncüsü isə Rusiyanın reallaşdırmaq istədiyi "Şimal axını" və "Cənub axını" kimi qaz kəməri layihələri böyük investisiya tələb edir. Məhz bu səbəbdən Əliyev inanmır ki, onlar yaxın zamanda reallaşacaq.

"Buna görə də Aİ bir tərəfdən yeni qaz mənbələri axtarır, digər tərəfdən isə enerji resurslarının artırılması üçün mümkün cəhdlər edir, müxtəlif istiqamətlərdə, o cümlədən alternativ enerji mənbələri, səmərəliliyin artırılması istiqamətində işlər aparır. Lakin biz bütün bunlara baxmalı deyilik, bizim resurslarımız var və mən hesab edirəm ki, biz bütün ölkələrlə ticari əsasda və iqtisadi məqsədyönlü əlaqələr yaratmalıyıq", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti