...

"Azərikimya" İB Etilen-polietilen zavodunda izolə işlərini davam etdirir

Energetika Materials 16 Avqust 2010 19:37 (UTC +04:00)
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun qazların sıxılması sexində 4 istiliksaxlayıcının izolə işlərini yekunlaşdırılb. Bu barədə ARDNŞ-in bazar ertəsi yayılan məlumatında deyilir. İşlər birliyin Əsaslı Tikinti İdarəsinin təmirçiləri tərəfindən həyata keçirilib.
"Azərikimya" İB Etilen-polietilen zavodunda izolə işlərini davam etdirir

Azərbaycan, Bakı, 16 avqust /Trend/

ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun qazların sıxılması sexində 4 istiliksaxlayıcının izolə işlərini yekunlaşdırılb. Bu barədə ARDNŞ-in bazar ertəsi yayılan məlumatında deyilir. İşlər birliyin Əsaslı Tikinti İdarəsinin təmirçiləri tərəfindən həyata keçirilib.

Məlumatda qeyd edildiyinə görə, avadanlıqlarda və texnoloji xətlərdə 1 200 kvadratmetrə qədər yumşaq izolə işləri yerinə yetirilib. Bununla yanaşı, həm qazların sıxılması, həm də piroliz sexlərində bütün buxar xətlərinin yumşaq izoləyə salınması işləri sona çatdırılmış, piroqazın ilkin fraksiyalara ayrılması və suyun hazırlanması sexinin estakadaları üzərindən keçən texnoloji boru xətlərinin, o cümlədən, pirokondensat, buxar və digər kimyəvi məhsulların nəql olunduğu xətlərin yumşaq izolə işləri də tamamlanmışdır. Hazırda təmirçilər xətlərin və izolə örtüyünün kənar təsirlərdən qorunması üçün onların dəmir təbəqə ilə örtülməsi işlərini yerinə yetirirlər. Piroliz və piroqazın ilkin fraksiyalara ayrılması və suyun hazırlanması sexlərində istilikdəyişdiricilər və məhsul çənlərinin təmiri sona yetdikdən sonra, təmirçilər həmin avadanlıqların izolə işlərini başa çatdırmış və hazırda qazayırma sexinin soyuq blokunda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, istehsal zamanı hər hansı bir məhsul sızması və itkisinin baş verməməsi, istismar müddətində sexin ahəngdar işinin təmin olunması məqsədilə bütün texnoloji xətlərdə və avadanlıqlarda aparılan izolə işləri yalnız onların texniki təmiri başa çatdırıldıqdan və ya yeniləri ilə əvəz olunduqdan sonra yerinə yetirilir. Enerji itkilərinin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edən termoizolə işlərinə Sumqayıtın "Termoizol" firmasının işçiləri də qoşulub. Ümumilikdə, müəssisənin "EP-300" və "Polimir-120" komplekslərindəki izolə işlərinə 8 briqada cəlb olunmuş, indiyədək 5 700 kvadratmetrdən artıq izolə işləri yerinə yetirilib. Görüləcək işlərin ümumi həcmi isə 42 min kvadratmetrə yaxındır. Əsaslı Tikinti İdarəsinin şöbə rəisinin müavini Cabbar Həsənovun sözlərinə görə, ilk dəfədir, Etilen-polietilen zavodunda bu cür geniş həcmdə və yüksək keyfiyyətlə izolə işləri aparılır: "Əvvəllər izolə işlərinə bu cür diqqət yetirilmədiyindən, əsaslı təmirdən sonra boru xətlərində və avadanlıqlarda sızmaların baş verməsi, məhsul itkisinə yol verilməsi müşahidə olunurdu. İndi həm işin keyfiyyətlə aparılması, həm də sistemə daxil olan bütün hissələrin xüsusi olaraq yoxlanılıb sınaqdan keçirilməsi gələcəkdə məhsul və enerji itkisinin olmayacağına tam zəmanət verir".

Xəbər lenti

Xəbər lenti