...

ARDNŞ Avropanın energetika bazarını tədqiq edir

Energetika Materials 27 Avqust 2010 14:42 (UTC +04:00)
Hal-hazırda ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) Avstriya Nümayəndəliyinin əsas məqsədi bazarın tədqiqinin aparılması və ARDNŞ üçün lazım bütün məlumatların toplanılmasından ibarətdir. Bu barədə ARDNŞ-in Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib.

Аzərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Hal-hazırda ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) Avstriya Nümayəndəliyinin əsas məqsədi bazarın tədqiqinin aparılması və ARDNŞ üçün lazım bütün məlumatların toplanılmasından ibarətdir. Bu barədə ARDNŞ-in Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib.

Onun sözlərinə görə, nümayəndəlik bazarın tədqiqi üzrə işlər aparır, bütün konfranslarda fəal  iştirak edir.

"Bizim məqsədimiz - marketinq tədqiqatlarını aparmaq, lazımi məlumatlar toplamaq və şirkəti xaricdə təmsil etmək məqsədilə böyükmiqyaslı tədbirlərdə iştirak etməkdir", - Cavadov bildirib.

Bütün bunlar ona görə edilir ki, şirkət Avropa bazarında tanınsın, məşhurlaşsın və Avropa bazarına çıxışı təmin olunsun.

Payızda ARDNŞ-in Avstriya Nümayəndəliyi şirkətin maraqlarını təqdim etmək üçün bir neçə konfransda iştirak edəcək. Konfranslar, xüsusilə, alternativ enerji mənbələri, yeni texnolgiyalar və digər məsələlərə həsr olunub.

Hazırda ARDNŞ-in Türkiyə, Gürcüstan, Almaniya, İsveçrə, Ukrayna, Rumıniya, Avstriya, Böyük Britaniya, İran, Qazaxıstan kimi ölkələrdə nümayənədəlikləri var.

Xəbər lenti

Xəbər lenti